ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirib

Dünya

16.08.2022 - 20:19

Raket çoxsaylı nüvə başlıqları daşıya bilir

ABŞ “Minuteman III” qitələrarası ballistik raketini növbəti dəfə sınaqdan keçirib.

AYNA xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Hücum Komandanlığı məlumat yayıb.

Qeyd edilib ki, bu ballistik raket çoxsaylı nüvə başlıqları daşıya bilir. Raketin təlim döyüş başlıqları 6760 kilometr məsafə qət edərək Sakit okeanın mərkəzində yerləşən Kvajaleyn (Marşal adaları) yaxınlığındakı poliqonda hədəflərini vurub.

Xatırladaq ki, “Minuteman III” qitələrarası ballistik raketi 12 min kilometr məsafədə yerləşən hədəfləri vura bilər.

Müəllif: Ayna.az