Vaşinqton Maskatın İslam Respublikası ilə münasibətlərini düşmənçilik kimi görməyə başlayıb
Amerika hakimiyyəti Omandan “tərəf seçməsini” və İranla diplomatik əlaqələri kəsməsini tələb edir. AYNA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Vaşinqton Maskatın İslam Respublikası ilə münasibətlərini düşmənçilik kimi görməyə başlayıb və bu yaxınlarda Tramp administrasiyası kəşfiyyatın Omanın Hörmüz boğazından keçid üçün rüsum toplamaqda İranla əməkdaşlıq etməyi planlaşdırdığı qənaətinə gəlməsindən sonra Omanı sanksiyalarla və hətta bombalama ilə hədələyib.
Nəşr yazıb ki, Oman bu cür iddiaları dəfələrlə təkzib edib.
Qəzet qeyd edib ki, Oman rəsmiləri Vaşinqtonun qəfil düşmənçilik nümayişindən "şoka düşüblər" və Amerika hakimiyyətinin bu hərəkətinə cavab vermək üzərində işləyirlər.
Nəşr yazıb ki, aqressiv ritorikaya baxmayaraq, Tramp administrasiyası İrana verdiyi dəstəyə görə Omana hücum etməyi planlaşdırmır.