Tramp iki ölkənin nümayəndə heyətləri arasında danışıqlar aparılıb
Malayziya və ABŞ Kritik Minerallar üzrə Anlaşma Memorandumu imzalayıblar. AYNA.AZ xəbər verir ki, bu barədə Malayziyanın Baş naziri Ənvər İbrahim “Telegram” kanalında məlumat verib.
Siyasətçinin sözlərinə görə, 26 oktyabrda o və ABŞ Prezidenti Donald Tramp iki ölkənin nümayəndə heyətləri arasında danışıqlar aparılıb.
"Tədbir zamanı hər iki tərəf təchizat zəncirinin dayanıqlığını artırmaq və iki ölkə arasında qarşılıqlı faydanı təşviq etmək üçün strateji addım olaraq Qarşılıqlı Ticarət Çərçivə Sazişi və Kritik Minerallar üzrə Anlaşma Memorandumu imzaladılar", - deyə o yazıb.