ABŞ İraqda İranın dəstəklədiyi qruplaşmalara zərbələr endirib

Dünya

24.01.2024 - 12:41

cedabet dərman SEO Xidməti

"Bu dəqiq zərbələr İraq və Suriyada ABŞ və koalisiya heyətinə qarşı artan hücumlara birbaşa cavabdır"

ABŞ bazasına hücuma cavab olaraq İraqda İranın dəstəklədiyi şiə silahlı qruplaşmalarına zərbələr endirib. AYNA xəbər verir ki, bu barədə “Time” qəzeti yazıb.

Pentaqonun rəhbəri Lloyd Ostin deyib: "Bu dəqiq zərbələr İranın himayə etdiyi milislər tərəfindən İraq və Suriyada ABŞ və koalisiya heyətinə qarşı artan hücumlara birbaşa cavabdır".

Ostin həmçinin vurğulayıb ki, Vaşinqton regionda vəziyyəti gərginləşdirməyə çalışmır.

Zərbələrin üç hədəfi arasında Kataib Hebullah üsyançı hərəkatının qərargahının olduğu qeyd edilir.

Bundan əlavə, təlim mərkəzi, raketlər və pilotsuz təyyarələr üçün anbarlar da hücuma məruz qalıb.

Bundan əvvəl ABŞ Yəmənə qarşı yeni hücuma keçib və bunu “özünümüdafiə” adlandırıb. Nəticədə Yəmənin Husi hərəkatına məxsus iki raket vurulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş