"ABŞ qüvvələri İranın cənubuna özünümüdafiə zərbələri endirib”
ABŞ ordusu İranın cənubundakı bir neçə hədəfə zərbə endirib. AYNA.AZ “Fox News”a istinadən bildirir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokins deyib.
“Fox News” əməkdaşı Cennifer Qriffin “X”də Hokinsin sözləri yazıb: "ABŞ qüvvələri bu gün qüvvələrimizi İran qüvvələrinin yaratdığı təhdidlərdən qorumaq üçün İranın cənubuna özünümüdafiə zərbələri endirib. Hədəflər arasında raket buraxılış məntəqələri və İran gəmiləri da var idi".
CENTCOM iddia edir ki, ABŞ ordusunun hücumuna məruz qalan gəmilər mina yerləşdirməyə cəhd edib.
“Fox News” jurnalistinin sözlərinə görə, hücum nəticəsində Bəndər Abbas şəhəri yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH), iki gəmisi, eləcə də bir raket buraxılış məntəqəsi məhv edilib.