“Trampın qətiyyətli addımları "Tehran rejimi artıq ABŞ üçün təhlükə yaratmayana qədər davam edəcək"
Ağ Evin yenilənmiş terrorizmə qarşı mübarizə strategiyasına görə, Vaşinqton Tehranı Yaxın Şərqdə “ən böyük təhlükə” hesab edir.
AYNA.AZ-ın xarici mediaya istinadən məlumatına görə, sənəddə deyilir ki, “Yaxın Şərqdən ABŞ üçün ən böyük təhlükə İrandan gəlir, birbaşa nüvə və raket imkanları, dolayı yolla isə “Hizbullah2 da daxil olmaqla terrorçu qruplarına milyardlarla dollar ötürməsi şəklində”.
Həmçinin qeyd olunub: “ABŞ Prezidenti Donald Trampın qətiyyətli addımları "Tehran rejimi artıq ABŞ üçün təhlükə yaratmayana qədər davam edəcək".
Strategiyada qeyd olunub ki, ümumi terror təhlükəsi dəyişib və ölkə üç əsas terror növü ilə üzləşir: narko-terrorçular və transmilli qruplar, ənənəvi islamçı terrorçular və solçu ekstremistlər.
Sənəddə vurğulanıb ki, "biz bu qrupların hər biri ilə mübarizə apara bilərik, lakin təhlükə əhəmiyyətli və geniş yayılmışdır".
Bundan əlavə, strategiyaya əsasən, Avropa ölkələri ABŞ-ın "terrorizmə qarşı mübarizədə aparıcı və uzunmüddətli tərəfdaşları" olaraq qalır.
Eyni zamanda, Vaşinqtonun fikrincə, "varlı NATO müttəfiqlərinin terrorçular üçün maliyyə, logistika və cəlbetmə mərkəzləri kimi xidmət etməsi qəbuledilməzdir".