“Biz İran hökumətinə açıq şəkildə bildirdik ki...”
ABŞ İsrailin Dəməşqə hücumundan sonra İrana Yaxın Şərqdəki Amerika qüvvələrinə hücum etməməsi ilə bağlı xəbərdarlıq edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Biz İran hökumətinə açıq şəkildə bildirdik ki, bu hadisədən ABŞ qoşunlarına və ya ABŞ-ın bölgədəki obyektlərinə hücum etmək üçün bəhanə kimi istifadə etməməlidir”, - ABŞ rəsmisi qeyd edib.
Millerin sözlərinə görə, Vaşinqton İrana vəziyyəti gərginləşdirmək üçün heç bir addım atmamalı olduğunu başa salmaqda davam edəcək.