ABŞ İrana birbaşa zərbə endirə bilər

Dünya

22.01.2024 - 11:44

cedabet dərman SEO Xidməti

Bayden administrasiyası müharibə elan etmədən İrana cavab verməyi nəzərdən keçirir

ABŞ Prezidenti Co Baydenin administrasiyası amerikalı əsgərlər arasında itkilər olacağı təqdirdə İranla genişmiqyaslı münaqişənin mümkün görür. AYNA xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Nəşrin qeyd etdiyinə görə, Bayden administrasiyası şiə üsyançılarının Amerika hərbi bazalarına davam edən raket hücumlarına İrana cavab vermək üçün mümkün tədbirləri nəzərdən keçirir.

Eyni zamanda, ABŞ hesab edir ki, əsas vəzifə tammiqyaslı hərbi münaqişədən qaçmaqdır.

Bununla belə, rəsmilər özəl olaraq etiraf edirlər ki, hücumlarda Amerika əsgərləri həlak olarsa, müharibə başlaya bilər.

Qeyd olunur ki, bu, hələ keçilməmiş “qırmızı xətt”dir, lakin belə bir hadisə hər an baş verə bilər.

Yanvarın 12-də pilotsuz təyyarə Suriyanın şimal-şərqindəki Həsəkədə ABŞ hərbi bazasına hücum edib. Qeyd olunur ki, hücum nəticəsində baza ərazisində üç partlayış baş verib.

Yanvarın 17-də İranın “Tasnim” agentliyi yaraqlıların hücumları səbəbindən ABŞ-ın Suriyadakı böyük hərbi bazasının boşaldılması barədə məlumat yayıb. Hərbi obyekt ABŞ-ın Suriyadakı strateji əhəmiyyətli yerlərindən biridir və Əl-Qamışlı hava limanından 4 kilometr aralıda yerləşir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş