ABŞ-İran danışıqlarında "məsləhətləşmə fasiləsi" elan edilib

Dünya

27.02.2026 - 00:18

“Tərəflər yeni müsbət fikirlər mübadiləsi aparıblar və fasilə vermək barədə razılığa gəliblər”

Cenevrədə keçirilən ABŞ-İran danışıqlarında "məsləhətləşmə fasiləsi" elan edilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, vasitəçi kimi çıxış edən Omanın xarici işlər naziri Bədr Əl-Busaidi jurnalistlərə bildirib ki, tərəflər "yeni müsbət fikirlər mübadiləsi aparıblar və fasilə vermək barədə razılığa gəliblər”.

“Danışıqlar daha sonra bərpa olunacaq və biz daha böyük irəliləyiş əldə etməyə ümid edirik", - bildirib.

“Hizbullah”a yaxın olan Livan televiziya kanalı “Əl-Mayadeen” daha nikbin bir mesaj yayıb: "Növbəti saatlarda tərəflər danışıqların daha inkişaf etmiş mərhələsinə keçəcəklər".

İranın rəsmi "Tasnim" qəzeti iddia edir ki, danışıqlar bir neçə saatdan sonra bərpa olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş