ABŞ-ın Ukrayna və İsrailə yardımının şərtləri açıqlanıb

Dünya

27.11.2023 - 12:46

cedabet dərman SEO Xidməti

Senator Merfi: “Ukrayna və İsrail yardım almaq üçün insan hüquqlarına hörmət etməlidir”

“Ukrayna və İsrail ABŞ-dan yardım almaq üçün insan haqlarına və beynəlxalq hüquqa hörmət etməlidir”. AYNA xəbər verir ki, bu sözləri ABŞ Konqresinin senatoru, demokrat Kris Mörfi CNN-ə müsahibəsində deyib.

“Düşünürəm ki, bu, bizim müttəfiqlərə, xüsusən də müharibə zamanı etdiyimiz yardıma tam uyğundur. Ukraynaya və ya İsrailə verdiyimiz yardımdan insan hüquqları qanunlarına uyğun istifadə edilməli olduğunu söyləməyimiz vacibdir”, - senator bildirib.

Mörfi vurğulayıb ki, İsrail ordusunun Qəzza zolağında addımları qəbuledilməzdir və uzunmüddətli perspektivdə yalnız radikal HƏMAS qruplaşmasının güclənməsinə səbəb olacaq.

Bununla belə, senator əlavə edib ki, İsrailin HƏMAS-a qarşı mübarizəsi mənəvi öhdəlikdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş