Tramp Baydenin Ukrayna ilə bağlı Rusiyaya qarşı sanksiyalarını daha bir il müddətinə uzadıb
ABŞ Prezidenti Donald Tramp sələfi Co Bayden tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaları bir il müddətinə uzadıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, müvafiq sərəncam hökumətin saytında dərc edilib.
Bildirilib ki, məhdudiyyətlərin uzadılması qərarı Ukraynadakı vəziyyətlə əlaqədar olaraq verilib.
Bu, Trampın Rusiya əleyhinə sanksiyaları uzatdığı ilk dəfə deyil. Prezidentliyinin əvvəlində o Rusiya bayrağı altında üzən və ya Rusiya ilə əlaqəli gəmilərin ABŞ limanlarına girişinə qoyulan qadağanı bir il müddətinə uzatmışdı.
Rusiya gəmilərinin ABŞ limanlarına gəlməsinə qadağa 21 aprel 2022-ci ildə tətbiq edilib.
Sənəddə deyilir: "Mən Rusiya Federasiyasına münasibətdə milli fövqəladə vəziyyət bəyannaməsini və ABŞ limanlarında Rusiya ilə əlaqəli gəmilərin lövbər salmasını və hərəkətini tənzimləmək səlahiyyətini bir il müddətinə uzadıram" .