ABŞ-ın Minnesota ştatında 26 fevral Azərbaycan Günü elan edilib

Xəbərlər

13.02.2021 - 04:13

Bəyanat ölkəmizlə bağlı həqiqətlərin təbliğində uğur kimi dəyərləndirilə bilər

 

Minnesota ştatının qubernatoru Tim Volz fevralın 26-nın Azərbaycan Günü elan edilməsi ilə bağlı bəyanat imzalayıb.

 

AYNA xəbər verir ki, belə bir bəyanatın imzalanması Minnesota Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallisin təşəbbüsü ilə mümkün olub.

 

Bəyanatda qeyd edilib ki, Minnesotada yaşayan azərbaycanlılar ana dilini, zəngin milli-mədəni dəyərlərini, ənənələrini qoruyub-saxlamaqla, həmçinin, təbliğ etməklə yerli mədəniyyətə töhfə verməkdədirlər.

 

Bəyanat Minnesotada yaşayan azərbaycanlıların ölkəmizlə bağlı həqiqətlərin təbliğində uğuru kimi dəyərləndirilə bilər.

 

Qeyd edək ki, 2016-cı ildə ABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar qətnamə qəbul edib.

Müəllif: Ayna.az