İranın uğurlu addımları ABŞ hava hücumundan müdafiə sistemlərinin etibarlılığı ilə bağlı suallar doğurub
İranın uğurlu addımları ABŞ hava hücumundan müdafiə sistemlərinin etibarlılığı ilə bağlı suallar doğurub. AYNA.AZ xəbər verir ki, bu barədə Britaniyanın “Telegraph” qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, "Tehranın cavab hərəkətləri ABŞ və müttəfiqlərinin bölgədəki hava hücumundan müdafiə sistemlərinin kövrəkliyi ilə bağlı suallar yaradıb".
Bildirilib ki, bundan əlavə, hərbi səhvlər İran raketlərinin hava hücumundan müdafiə sistemlərinə nüfuz etməsinə də imkan verib.
“Telegraph” həmçinin ABŞ-ın uzunmüddətli müharibə aparmaq üçün kifayət qədər raket ehtiyatına malik olub-olmadığını da şübhə altına alıb.