ABŞ-ın Ər-Riyaddakı səfirliyinə dron hücumu olub

Dünya

03.03.2026 - 09:13

Yanğın kiçik olub və səfirlik binasına çox ziyan dəyməyib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı ABŞ səfirliyinə iki dron hücumu qeydə alınıb və ərazidə yanğın baş verib.

AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, yanğın kiçik olub və səfirlik binasına çox ziyan dəyməyib.

Məlumata görə, İranın PUA hücumu zamanı səfirliyin binası boş olub və hadisə zamanı heç kim xəsarət almayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş