ABŞ-ın Bakıdakı və İrəvandakı səfirliklərinin bəyanatı

Siyasət

25.07.2020 - 15:56

Həkimlər Klinikalar SEO Xidməti

"Bütün nümayişçiləri dinc iştiraka və təmkinli olmağa çağırırıq”

 

Amerika Birləşmiş Ştatlarının Bakıdakı və İrəvandakı səfirlikləri Azərbaycan Respublikasının Los-Ancelesdəki konsulluğu qarşısında keçirilən aksiya ilə bağlı bəyanat yayıb.

 

Bu barədə AYNA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

Bəyanatda deyilir: “ABŞ-ın Bakıdakı səfirliyi və ABŞ-ın İrəvandakı səfirliyi dinc toplaşma və etiraz bildirməyin ümumbəşəri prinsiplərinə zidd olan zorakılıq hərəkətlərini pisləyir. ABŞ diplomatik obyektləri qorumaq öhdəliyini ciddi qəbul edir və bu səyləri dəstəkləmək üçün yerli hüquq-mühafizə orqanları ilə birlikdə çalışır. Söz və dinc toplaşmaq azadlığı ABŞ Konstitusiyası ilə qorunur, lakin hüquq-mühafizə orqanları tərəfindən zorakılıq aktları barədə müvafiq tədbir görüləcəkdir. Bütün nümayişçiləri dinc iştiraka və təmkinli olmağa çağırırıq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş