ABŞ-ın Aİ-yə qaz tədarükündən qazanc əldə edib

Dünya

03.12.2023 - 14:13

Həkimlər Klinikalar SEO Xidməti

Birləşmiş Ştatlar Avropaya iki ildə 61 milyard kubmetr qaz tədarük edib

ABŞ 2022-ci ilin fevral ayından etibarən Avropa İttifaqına (Aİ) 66,7 milyard avroluq mayeləşdirilmiş təbii qaz tədarük edib. AYNA xəbər verir ki, bu barədə “Eurostat” məlumatlarında qeyd edilib.

Bildirilib ki, ötən ilin fevralından Aİ 20 ay ərzində ABŞ-dakı şirkətlərdən 66,7 milyard avro dəyərində təxminən 61 milyard kubmetr qaz alıb.

Ekspertlərin fikrincə, bu, orta hesabla ayda 3,3 milyard avroya 3,1 milyard kubmetr qaz almaq deməkdir. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi başlamazdan əvvəl ABŞ orta hesabla ayda 725 milyon avro dəyərində 1,25 milyard kubmetr qaz tədarük edirdi.

Mütəxəssislərin hesablamalarına görə, bu dövrdə ABŞ-ın Avropadakı qaz şirkətlərinin əlavə dəyəri 36 milyard kubmetr təşkil edib. Bunun üçün avropalılar 52,2 milyard avro ödəyiblər. Bir kubmetr qaz avropalılara müharibədən əvvəlkindən iki dəfə baha başa gəlib.

Müəllif: Ayna.az