Rusiya nefti almağa icazə verən 30 günlük lisenziya verib
ABŞ Maliyyə Nazirliyi Hindistana artıq dəniz tankerlərində Rusiya nefti almağa icazə verən 30 günlük lisenziya verib. AYNA.AZ xəbər verir ki, ölkənin maliyyə naziri Skott Bessent bu barədə “X” sosial media hesabında bildirib.
Nazirin sözlərinə görə, qərar ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı fonunda qlobal enerji bazarında sabitliyi qorumaq üçün verilib. Müvəqqəti güzəşt Yaxın Şərqdəki vəziyyət gərgin olaraq qaldığı bir vaxtda xam neft tədarükünün artmasına imkan verəcək.
Madiyyə naziri tədbirin qısamüddətli olduğunu və yalnız artıq tankerlərə və dənizdə yüklənmiş xam neftə şamil edildiyini vurğulayıb. Nazirlik hesab edir ki, bu məhdudiyyət Rusiyanın bu cür əməliyyatlardan əhəmiyyətli maliyyə faydaları əldə etməsinə mane olacaq.