ABŞ Hərbi Dəniz Qüvvələri Venesueladan narkotik daşıyan gəmini məhv edib
ABŞ Hərbi Dəniz Qüvvələri Venesueladan narkotik daşıyan gəmini məhv edib. AYNA.AZ C-SPAN-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə keçirdiyi brifinqdə bildirib.
ABŞ prezidentinin sözlərinə görə, donanma yalnız bir gəmiyə hücum edib. O külli miqdarda narkotik daşıyan başqa gəmilərin də olduğunu deyib.
Xatırladaq ki, avqustun 28-də ABŞ Hərbi Dəniz Qüvvələri Venesuela sahillərinə səkkiz hərbi gəmi göndərib. Məqsəd Venesueladan daxil olan narkotrafikin dayandırılmasıdır.