ABŞ Ədliyyə Nazirliyi “Google”u parçalamaq niyyətindədir

Dünya

14.08.2024 - 14:23

Həkimlər Klinikalar SEO Xidməti

Bu “Microsoft”un parçalanması üzrə uğursuz cəhdlərdən sonra şirkəti qeyri-qanuni inhisara görə ləğv etmək üçün ilk cəhd ola bilər

ABŞ Ədliyyə Nazirliyi “Google”u dağıtmağı düşünür. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Ötən həftə Vaşinqtonda məhkəmə şirkətin internet axtarış sistemləri bazarında qəsdən monopolist rolunu oynaması və bununla da antiinhisar qanununu pozması barədə qərar qəbul etdikdən sonra bu ehtimala baxılmağa başlanıb.

Qeyd edilir ki, bu, iyirmi il əvvəl “Microsoft”un parçalanması üzrə uğursuz cəhdlərdən sonra bu, Vaşinqtonun şirkəti qeyri-qanuni inhisara görə ləğv etmək üçün ilk cəhdi ola bilər.

Ədliyyə Nazirliyi planı ilə irəliləməyə qərar verərsə, ən çox ələ keçiriləcək bölmələr “Android” əməliyyat sistemi və “Chrome web brauzeri” olacaq.

Mənbələrdən biri əlavə edib ki, məmurlar həmçinin şirkətin mətn reklamı satmaq üçün istifadə etdiyi “AdWords” platformasının məcburi satışını nəzərdən keçirirlər.

Daha az məhdudlaşdırıcı seçimlərə “Google”u rəqiblərlə daha çox məlumat paylaşmağa məcbur etmək və onun süni intellekt məhsullarında ədalətsiz üstünlük əldə etməsinin qarşısını almaq üçün tədbirlər daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş