ABŞ dövlət katibinin müavini Ermənistana səfər edib

Dünya

17.11.2025 - 13:32

Alison Huker İrəvanda "Tramp marşrutu"nu müzakirə edəcək

ABŞ dövlət katibinin müavini Alison Huker Ermənistana səfər edib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, Huker İrəvanda Ermənistan rəhbərliyi ilə "Tramp marşrutu"nu və Ermənistan-Türkiyə münasibətlərini müzakirə edəcək.

İrəvanda diplomatı Baş nazir, xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi və Ermənistanın Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndəsi qəbul edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş