ABŞ Dövlət Departamentindən sərhəddəki gərginliklə bağlı ÇAĞIRIŞ

Xəbərlər

13.01.2022 - 03:14

Həkimlər Klinikalar SEO Xidməti

Departament: "İnsidentlər barədə məlumatlardan narahatıq"

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan sərhədindəki gərginlikdən narahatlığını ifadə edib.

AYNA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun rəsmi "Twitter" hesabında bildirilib.

"Biz Ermənistan və Azərbaycan qüvvələri arasında itkilərlə nəticələnən insidentlər barədə məlumatlardan narahatıq. Həlak olanların ailələrinə başsağlığı verir və qoşunların geri çəkilməsi, sərhədlərin demarkasiyası və saxlanılanların qaytarılması da daxil olmaqla tərəfləri gərginliyi azaltmağa çağırırıq", - deyə paylaşımda bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş