ABŞ-dan İrana XƏBƏRDARLIQ

Dünya

31.01.2026 - 16:35

CENTCOM SEPAH-ın Hörmüz boğazında planlaşdırılan iki günlük təlimlərini "təhlükəsiz və peşəkar şəkildə" keçirməyə çağırıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) beynəlxalq ticarət gəmiçiliyinin pozulmasının qarşısını almaq üçün Hörmüz boğazında planlaşdırılan iki günlük canlı atəşli dəniz təlimlərini "təhlükəsiz və peşəkar şəkildə" keçirməyə çağırıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə CENTCOM-un bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, CENTCOM SEPAH-ın elan edilmiş dəniz təlimlərini təhlükəsiz və peşəkar şəkildə keçirməyə, beynəlxalq dəniz nəqliyyatında naviqasiya azadlığına lazımsız risklərdən qaçınmağa çağırır. Hörmüz boğazı beynəlxalq dəniz keçidi və regional iqtisadi rifahı dəstəkləyən vacib ticarət dəhlizidir. Dünyanın hər yerindən təxminən 100 ticarət gəmisi bu dar boğazdan gündəlik keçir".

CENTCOM hesab edir ki, İran qüvvələrinin qeyri-peşəkar davranışı regionda eskalasiyaya və qeyri-sabitliyə səbəb ola bilər.

"ABŞ qüvvələri, regional tərəfdaşlar və ya ticarət gəmiləri yaxınlığında hər hansı təhlükəli və ya qeyri-peşəkar hərəkətlər münaqişə, eskalasiya və qeyri-sabitlik risklərini artırır", - bəyanatda vurğulanıb.

Mərkəzi Komandanlıq həmçinin bildirib ki, Yaxın Şərqdə fəaliyyət göstərən ABŞ personalının, gəmilərinin və təyyarələrinin təhlükəsizliyini təmin edəcək: "Biz hava əməliyyatlarında iştirak edən ABŞ hərbi gəmilərinin üzərindən uçuşları, ABŞ hərbi qurğularının aşağı hündürlükdə və ya silahlı şəkildə üzərindən qeyri-müəyyən niyyətlə uçuşları, ABŞ hərbi gəmiləri ilə toqquşma kursuna yaxınlaşan yüksək sürətli qayıqlar və ABŞ qüvvələrinə silah tuşlama da daxil olmaqla, SEPAH-ın təhlükəli hərəkətlərinə dözməyəcəyik".

Qeyd edək ki, SEPAH-ın təlimləri 1-2 fevral tarixlərində keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş