ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb

Dünya

08.11.2025 - 09:23

Ölənlərin sayı 14-ə çatıb

ABŞ-ın Kentukki ştatında yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14-ə çatıb.

AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Luisvill şəhərinin meri Kreyq Qrinberq öz “X” hesabında məlumat verib.

"Məlum qurbanların ümumi sayı 14-ə çatıb", - deyə o, yazıb.

Qeyd edək ki, UPS kargo şirkətinə məxsus yük təyyarəsi çərşənbə günü Luisvill hava limanından qalxdıqdan sonra qəzaya uğramışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş