ABŞ-da qasırğa 45 nəfərin ölümünə səbəb olub

Dünya

01.10.2022 - 21:35

Təbii fəlakət ştatda dağıntılara səbəb olub

ABŞ-ın Florida ştatında “İen” qasırğası nəticəsində azı 45 nəfər həlak olub. AYNA xəbər verir ki, bu barədə CNN televiziyası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Li rayonunda 16 nəfər, Şarlotta rayonunda 12 nəfər, Kollier rayonunda 8 nəfər ölüb. Təbii fəlakət ştatda dağıntılara səbəb olub. Çoxlu sayda yollara, körpülərə və binalara ciddi ziyan dəyib.

Florida qubernatoru Ron Desantis bildirib ki, qasırğa ştata tarixi ziyan vurub və onun tam bərpası üçün illər lazım olacaq. Ştatda 1,2 milyondan çox istehlakçı işıqsız qalıb.

Müəllif: Ayna.az