ABŞ-da məktəbdə atışma olub, iki nəfər ölüb

Dünya

05.09.2024 - 11:36

Həkimlər Klinikalar SEO Xidməti

Hücum edən şəxsin hansı səbəbdən bu addımı atdığı məlum deyil

ABŞ polisi Corciya ştatında məktəbdə atışma törətməkdə şübhəli bilinən 14 yaşlı şagirdi saxlayıb.

AYNA xəbər verir ki, bu barədə “NBC News” kanalı məlumat yayıb.

Ştatın Federal Təhqiqatlar Bürosu (FTB) şöbəsinin rəhbəri Kris Ozi brifinqdə bildirib ki, şübhəli şəxs atışmadan dərhal sonra hüquq-mühafizə orqanlarına təslim olub və hazırda səlahiyyətlilərlə əməkdaşlıq edir.

O həmçinin yeniyetmənin qətl ittihamı ilə üzləşəcəyini bildirib. Məhkəmə onu yetkin hesab edəcək.

Məktəbin yerləşdiyi dairənin şerifi Cud Smit jurnalistlərə açıqlamasında atəş açan şəxsin nə üçün bunu etdiyinin hələ də məlum olmadığını deyib.

Onun sözlərinə görə, səlahiyyətlilər şübhəlinin odlu silahı necə əldə etdiyini və məktəbə necə gətirdiyini hələ ki, bilmirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş