Qiymət artımı İran ətrafındakı gərginlik və Hörmüz boğazından neft tədarükündəki fasilələrlə əlaqələndirilir
ABŞ-da benzinin orta qiyməti ardıcıl 14-cü gündür ki, artaraq 2022-ci ilin iyul ayından bəri ən yüksək səviyyəyə çatıb. AYNA.AZ xəbər verir ki, bu barədə “GasBuddy” və AAA avtomobil Assosiasiyası məlumat yayıb.
Məlumata görə, ölkədə benzinin bir qallonunun (3,79 litr) orta qiyməti 6 mayda 4,483 dollardan 4,536 dollara yüksəlib. “GasBuddy” əvvəllər qiymətin təxminən dörd ilin ən yüksək göstəricisi olan bir qallon üçün 4,52 dollara yüksəldiyini bildirmişdi.
Qiymət artımı İran ətrafındakı gərginlik və Hörmüz boğazından neft tədarükündəki fasilələrlə əlaqələndirilir.
ABŞ neft emalı zavodlarındakı problemlər və yay mövsümünün yaxınlaşması bazara təzyiq göstərir.