Hadisə nəticəsində ümumilikdə 10 nəfər xəsarət alıb
ABŞ-ın Feniks şəhərində (Arizona ştatı) atışma olub. AYNA xəbər verir ki, bu barədə "Fox 10" telekanalı məlumat yayıb.
İnsident zamanı 9 polis əməkdaşı və bir yerli sakin yaralanıb.
Qeyd olunur ki, hadisə polisin evlərdən birində atışma olması ilə bağlı çağırışa gəldiyi zaman baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldikdə, şübhəli şəxs yenidən atəş açıb. Bəzi polis əməkdaşları uşağı hadisənin baş verdiyi evdən təhlükəsiz yerə köçürmək istəyərkən güllələnib.