“8103”ə 90 dəfə SMS göndərən uşağın atası cərimələnib

Xəbərlər

07.04.2020 - 15:45

Həkimlər Klinikalar SEO Xidməti

Qeyri-ciddi, aidiyyəti olmayan vətəndaşlar barəsində ciddi cəza tədbirləri görüləcək

 

Qısa müddətdə yaradılan "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" vasitəsi olan 8103 qısa nömrəsinə ayrı-ayrı vətəndaşlar tərəfindən bəzi hallarda lüzumsuz smslər göndərilir. Bu halların qarşısının alınması üçün daxili işlər orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

 

AYNA-ya DİN-in Mətbuat Xidmətindən bildirilib ki, daxil olmuş sonuncu müraciətdə mobil operatorlardan birinin abonəçisinin 8103 nömrəsinə icazə almaq üçün 90-na yaxın sms göndərdiyi barədə məlumat verilib.

 

Həmin abonentin şəxsiyyəti dəqiqləşdirilən zaman onun Nərimanov rayonunda müvəqqəti məskunlaşan Ağdam sakini İlham Bəhramov olduğu müəyyən edilib. Həmin şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İ.Bəhramov ifadəsində 8103 xidmətinə ona məxsus mobil telefondan xəbəri olmadan azyaşlı oğlu - 5-ci sinif şagirdi U.Bəhramlı tərəfindən smslər göndərildiyini bildirib.

 

Məsuliyyətsiz davrandığına və və xüsusi karantin rejimi qaydalarını pozduğuna görə Nərimanov RPİ 18-ci Polis Şöbəsində İlham Bəhramanov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülüb və o, cərimə edilib.

 

Qeyd edilib ki, qeyri-ciddi, aidiyyəti olmayan SMS-lərin 8103 yönləndirilməsi yaşayış yerini zəruri olaraq tərk etmək istəyən vətəndaşlara vaxtında cavab mesajının göndərilməsinə maneə törədir: "Vətəndaşlardan belə hallara yol verməməyi tələb edərək bildiririk ki, əks halda bu cür davranış karantin rejimi tələblərinin pozulması kimi qiymətləndiriləcək və həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş