"20 Yanvar"da hərəkət bərpa edilib

Hadisə

27.11.2025 - 22:46

"20 Yanvar" dairəsində dağılan yük yoldan götürülüb, hərəkət təmin olunub.

AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzini məlumat yayıb.

Bildirilir ki, Bakı-Sumqayıt şosesi, “20 Yanar” metrosu istiqamətində hərəkət intensivliyinin artırılması məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindın dairədə olan svetoforlara “yaşıl dalğa” rejimi tətbiq edilir.

Qeyd edək ki, bu gün axşam saatlarında Bakı şəhəri Yasamal rayonu, "20 Yanvar" dairəsində yük avtomobillərindən birində olan yükün yolun hərəkət hissəsinə dağılması səbəbindən Bakı-Sumqayıt şosesi “20 Yanvar” metro stansiyası və Moskva prospekti istiqamətlərində nəqliyyat sıxlığı yaranıb

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş