“Tehran ABŞ və İsrail İrana zərbə endirmək qərarına gələrsə, onlara daha bir sərt dərs verəcək”
“Tehran ABŞ və İsrail İrana zərbə endirmək qərarına gələrsə, onlara daha bir sərt dərs verəcək”. AYNA.AZ “Tasnim”ə istinadən bildirir ki, bu sözləri Xatəm əl-Ənbiya Hərbi Komandanlığının Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfəqari deyib.
Bildirib ki, "İran ABŞ tərəfinə atəşkəsin uzadılması üçün sorğu təqdim etməyib", - deyə qeyd edib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Pakistanın xahişi ilə İrana qarşı dəniz blokadasını davam etdirərək və İranın təklifini gözləyərkən döyüş hazırlığını qoruyaraq İrana hücumu təxirə salmaq qərarına gəldiyini açıqlayıb.
Bildirib ki, İran Silahlı Qüvvələri tam döyüş hazırlığındadır: "Silahlı qüvvələrimiz uzun müddətdir ki, 100 faiz döyüş hazırlığındadır. İrana qarşı təcavüz və ya hər hansı bir hərəkət halında, dərhal əvvəlcədən müəyyən edilmiş hədəflərə sarsıdıcı zərbə endiriləcək və ABŞ və İsrailə daha bir, daha sərt dərs veriləcək".
Qeyd edək ki, Vaşinqton və Tehran 8 apreldə iki həftəlik atəşkəs elan etdilər. ABŞ və İran arasında atəşkəsin müddəti 22 apreldə başa çatmalı idi. Bu müddət ərzində İslamabadda keçirilən danışıqlar nəticəsiz başa çatdı.