Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib

Xəbərlər

02.12.2024 - 18:32

Həkimlər Klinikalar SEO Xidməti

Sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb

Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edək ki, bu gün yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilmişdi.

Müəllif: Ayna.az