Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi bərpa edilib

Xəbərlər

03.06.2024 - 00:38

Tablolardan "güclü külək" işarəsi də götürülüb

Küləkli hava səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 kilometr/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bütün məlumat sürət tablolarından "güclü külək" işarəsi də götürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş