"/>

Zərərçəkmiş sahibkarlardan iddia: <font color=red> "Yanğın qəsdən törədilib"</font>

Xəbərlər

10.12.2019 - 12:09

Sahibkarlar yanğının planlı şəkildə törədildiyini iddia edirlər

 

Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğında mağazaları ciddi zərər görmüş sahibkarlarla polis arasında qarşıdurma yaşanıb.

 

AYNA-nın hadisə yerində olan əməkdaşının xəbər verdiyinə görə, sahibkarlar yanğının qəsdən və planlı şəkildə törədildiyini iddia edirlər. 

 

Hadisə yerində olan, Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev isə hazırda yanğının səbəblərinin araşdırılırdığını bildirib.

Qeyd edək ki, yanğının söndürülməsinə 3 helikopter, 1 təyyarə, 40-dan artıq texnika, 250-dən çox canlı qüvvə cəlb olunub.  21 min kvadrat metr ərazini əhatə edən yanğın tam məhdudlaşdırılıb.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş