Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib - <font color=red> VİDEO</font>

Xəbərlər

14.04.2021 - 11:48

Həkimlər Klinikalar SEO Xidməti

Şərti düşmən aşkarlanaraq məhv edilib

 

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, təlimlərdə şəxsi heyət şərti düşmən hədəflərini aşkarlayaraq onların S-125 zenit-raket komplekslərindən məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra edib.

 

Təlimlərin əsas məqsədi şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş