Zəngilanda yanğın olub

Hadisə

04.08.2024 - 22:27

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın nəticəsində açıq ərazidə ümumi sahəsi 120 hektar olan kol-kos, quru ot, biçilmiş taxıl sahəsi yanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Zəngilan rayonu, Şəfibəyli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən AYNA-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində açıq ərazidə ümumi sahəsi 120 hektar olan kol-kos, quru ot, biçilmiş taxıl sahəsi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş