“Zelenski ABŞ-a özünün məşhur “qələbə planı”nı Prezident Baydenə təqdim etmək üçün gəlib”
Ukrayna Prezidenti Volodimir Zelenskinin “qələbə planı” ABŞ Prezidenti Co Bayden tərəfindən rədd ediləcək. AYNA xəbər verir ki, bu barədə amerikalı milyarder Devid Saks “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Zelenski ABŞ-a özünün məşhur “qələbə planı”nı Prezident Baydenə təqdim etmək üçün gəlib”, milyarder qeyd edib.
Saksın fikrincə, bu plan Ukraynanı dərhal NATO-ya qəbul etmək və Qərbin Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsinə imkan qazanmaqdır.
Milyarder Baydenin artıq hər iki variantdan imtina etdiyini vurğulayıb.
Bu barədə daha əvvəl “The Times” qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edib ki, hətta Rusiya ərazisi dərinliyinə zərbə endirmək qərarı çox güman ki, münaqişənin gedişatını dəyişməyəcək, çünki Rusiya Federasiyası münaqişədə istifadə edilən Qərb silahlarını məhv etmək hüdudlarından kənara çıxardığı təyyarə və raket sistemlərini geri çəkib.