Zelenskinin Pensilvaniyadakı zavoda səfəri Trampı çox qəzəbləndirib

Dünya

27.09.2024 - 13:06

Həkimlər Klinikalar SEO Xidməti

“Washington Post”: Tramp bu addımı seçkilərə müdaxilə hesab edib

Ukrayna lideri Volodimir Zelenskinin Pensilvaniyada Ukrayna Silahlı Qüvvələri üçün sursat istehsal edən zavoda səfəri ABŞ-ın keçmiş Prezidenti, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın qəzəbinə səbəb olub. Tramp bu addımı seçkilərə müdaxilə hesab edib. AYNA xəbər verir ki, bu barədə “Washington Post” yazıb.

“Zelenskinin bu yaxınlarda Pensilvaniya ştatında Ukraynanın hərbi ehtiyacları üçün mərmi istehsal edən zavoda baş çəkməsi Trampın qəzəbli reaksiyasına səbəb olub”, - nəşr yazıb.

Qəzet xatırladır ki, Pensilvaniya son nəticədə istər Demokrat Partiyasının, istərsə də Respublikaçılar Partiyasının namizədinə səs verə biləcək “yelləncək” ştatdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş