Zelenskinin ofisindən Rusiyanın dərinliklərinə zərbə barədə açıqlama

Dünya

29.09.2024 - 15:52

Həkimlər Klinikalar SEO Xidməti

“Qərb müttəfiqlərinin Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək üçün icazə verdiyini birinci ruslar biləcək”

Qərb müttəfiqlərinin Ukraynaya öz uzaqmənzilli silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək üçün icazə verdiyini birinci ruslar biləcək. AYNA xəbər verir ki, bu sözləri şənbə günü telemarafonda Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov deyib.

Nikiforov deyib ki, hələlik bu məsələ ilə bağlı “yekun qərar yoxdur”, yəni belə icazə hələ verilməyib.

Mətbuat katibinin sözlərindən belə çıxır ki, əgər bu alınarsa, Ukrayna Silahlı Qüvvələri onlara icazə rəsmi şəkildə elan olunmazdan əvvəl uzaqmənzilli silahlarla zərbələr endirəcək. Əvvəllər xüsusilə Britaniya mətbuatı bu ehtimal haqqında yazırdı. Eyni zamanda, bir çox Qərb nəşrləri ABŞ administrasiyasının hələ də bu məsələni müzakirə etdiyini və Ukraynanın icazə alması məsələsinin “gözlənilməz nəticə sayıla bilməz” adlandırırdı.

Nikiforovun sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski ABŞ-a səfəri zamanı Qərb silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək qərarının asılı olduğu bütün ölkələrlə danışıqlar aparıb: “Ukraynadan tərəfdaşlara böyük təzyiq var. Ümid edirik ki, tərəfdaşlar təslim olacaqlar”.

Ukrayna Prezidentinin mətbuat katibi bildirib ki, bir çox Qərb mediasının, xüsusilə “Bloomberg” və “The Wall Street Journal”ın Zelenskinin səfəri zamanı Prezident Co Baydenə və digər Amerika rəhbərlərinə təqdim etdiyi “qələbə planı”na Vaşinqtonun “soyuqqanlılıqla” reaksiya verməsi ilə bağlı iddialar doğru deyil: “Bütün bunlar həqiqətə uyğun deyil. Onu böyük maraqla, konstruktiv şəkildə qarşıladılar”.

Nikiforov iddia edir ki, ABŞ Prezidenti Co Bayden oktyabrın 12-də Almaniyada Zelenski və digər liderlərlə görüş zamanı Ukraynanın təkliflərinə artıq müəyyən cavablar verəcəyini deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş