Zelenski Ukraynanın Aİ-yə üzvlüyü üçün ərizəni imzalayıb

Dünya

28.02.2022 - 22:17

Həkimlər Klinikalar SEO Xidməti

Andrey Sibiqa: "Sənədlər artıq Brüssel yolundadır"

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb.

AYNA “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə prezident aparatının rəhbərinin müavini Andrey Sibiqa məlumat verib.

“Zelenski tarixi sənədi - Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini imzaladı”, - Sibiqa feysbukda bildirib.

Birgə bəyanat Ali Radanın sədri Ruslan Stefançuk və Baş nazir Denis Şmıqal ilə birlikdə imzalanıb.

“Sənədlər artıq Brüssel yolundadır! Təbriklər, Ukrayna, hamımızı təbrik edirəm. İndi tarix yazılır!”, - Sibiqa əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş