Zelenski Ukraynanın 5 ölkədəki səfirini geri çağırıb

Dünya

09.07.2022 - 20:17

Ukrayna Prezidenti sərəncam imzalayıb

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Almaniya, Macarıstan, Norveç, Çexiya və Hindistandakı səfirlərini geri çağırıb.

AYNA Ukrayna mətbuatına istinadən xəbər verir ki, müvafiq sərəncam iyulun 9-da imzalanıb və dövlət başçısının saytında yerləşdirilib.

Andrey Melnik Almaniya, Lüdmila Nepop Macarıstan, Vyaçeslav Yatsiuk Norveç, Yevgeni Perebyinos Çexiya, İqor Polix isə Ukraynanın Hindistandakı səfirləri vəzifəsindən geri çağırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş