Zelenski: “Ukrayna üçün təhlükəsizlik təminatları 7-10 gün ərzində hazırlanacaq”

Dünya

19.08.2025 - 09:42

“Təhlükəsizlik təminatlarının üç əsas tərkib hissəsi var”

“Ukrayna üçün təhlükəsizlik təminatlarının yaxın 7-10 gün ərzində hazırlanaraq sənədləşdirilməsi planlaşdırılır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-da aparılan danışıqlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Bütün bunlar kağız üzərində müəyyən formada 7-10 gün ərzində rəsmiləşdiriləcək”, – Prezident qeyd edib.

Zelenskinin sözlərinə görə, təhlükəsizlik təminatlarının üç əsas tərkib hissəsi var: Ukrayna ordusunun silahlandırılması, müttəfiqlərin öhdəlikləri, Ukraynanın müdafiə-sənaye kompleksinin inkişafı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş