Zelenski: "Ukrayna bu gün prioritet deyil"

Dünya

05.04.2026 - 17:48

Ukrayna lideri İran ətrafındakı uzunmüddətli münaqişədən narahatdır

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və İsrailin İrana qarşı uzunmüddətli müharibəsinin Amerikanın Kiyevə dəstəyini daha da zəiflədə biləcəyini deyib. AYNA.AZ xəbər verir ki, Zelenski bu barədə “Associated Press”ə verdiyi müsahibədə deyib.

Prezidentin sözlərinə görə, Ukraynanın gündəlik Rusiya hücumlarına qarşı durmaq üçün təcili olaraq əlavə Amerika “Patriot” sistemlərinə ehtiyacı var. O Kiyevin hələ də ballistik raketləri ələ keçirmək üçün bu sistemlərə təsirli alternativinin olmadığını vurğulayıb.

Zelenski etiraf edib ki, Yaxın Şərqdəki yeni müharibə fonunda Ukrayna artıq beynəlxalq diqqət mərkəzində deyil. Onun sözlərinə görə, Kiyev İran ətrafındakı uzunmüddətli münaqişənin ABŞ-ın dəstəyinin daha da azalmasına səbəb olacağından qorxur.

"Etiraf etməliyik ki, bu gün biz prioritet deyilik", - deyə Ukrayna lideri vurğulayıb. Buna görə də qorxuram ki, uzunmüddətli müharibə bizə dəstəyin azalmasına səbəb olacaq", - deyə qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş