Zelenski Trampdan sülh sazişinin layihəsini aldığını təsdiqləyib

Dünya

20.11.2025 - 22:21

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Rusiya ilə sülh planının layihəsini alıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, Zelenski bu layihni ABŞ Prezidenti Donald Trampla müzakirə edəcək.

Xatırladaq ki, ABŞ və Rusiya arasında Ukrayanaya dair məxfi sülh sazişi planının hazırlandığı barədə dünyanın aparıcı KİV-ləri məlumat yayıb.

Burada bir sıra şərtlər əksini tapır.

"The Telegraph" mənbələrə istinadən xəbər verir ki, ABŞ Ukrayna üçün Şərqi Donbasın Rusiyaya icarəyə verilməsi bəndini özündə birləşdirən sülh planı təklif edir. Ödənişin məbləği açıqlanmır, lakin Kiyev rəsmi olaraq ərazinin qanuni mülkiyyətini saxlayacaq. Plana əsasən, Moskva Ukraynanın ehtiyatlarla zəngin Donbasa çıxışının itirilməsi səbəbindən maliyyə itkilərini kompensasiya etmək üçün “torpaq vergisi” ödəməlidir.

Ukrayna “gizli sülh müqaviləsi”nin şərtlərini qəbul edərsə, Rusiyaya qarşı sanksiyalar ləğv ediləcək və müharibə cinayətləri ilə bağlı araşdırmalar başlamayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş