Zelenski seçkilər keçirməyə hazırdır, amma...

Dünya

10.12.2025 - 09:44

İkrayna lideri ABŞ-dan təhlükəsizlik təminatı istəyib

Ukrayna Prezienti Volodimir Zelenski müharibə dövründə seçkilər keçirməyə hazır olduğunu bildirib. AYNA.AZ bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.

Ukrayna Prezidentinin sözlərinə görə, səsvermə zamanı təhlükəsizlik zəmanətləri təmin olunarsa, seçkilər növbəti 60-90 gün ərzində keçirilə bilər.

"Reuters"in məlumatına görə, Zelenski ABŞ və Avropa tərəfdaşlarından təhlükəsizlik məsələlərində kömək istəyib.

Bundan əlavə, Zelenski Ukrayna parlamentarilərindən hərbi vəziyyət dövründə seçki qanunvericiliyinə lazımi düzəlişləri hazırlamağı xahiş edəcəyini bildirib.

Qeyd üdək ki, dünən ABŞ Prezidenti Donald Tramp Ukraynanın yeni prezident seçkiləri keçirməsinin vaxtının çatdığını və ölkə hakimiyyətinin müharibədən bundan yayınmaq üçün istifadə etdiyini bildirib. ABŞ prezidentinin sülh planına müharibədən sonra Ukraynada seçkilərin keçirilməsi ilə bağlı müddəa daxil edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş