Zelenski: “Rusiya ordusu qışda Ukraynaya 738 raket atıb”

Dünya

01.03.2026 - 20:59

Təxminən 19 min hücum dronundan istifadə edilib

Rusiya ordusu qış aylarında Ukraynaya 738 raket, 14 min 670-dən çox idarə olunan bomba və təxminən 19 min hücum dronundan istifadə edib. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, fevralın son həftəsində Rusiya ordusu 1720-dən çox dron, təxminən 1300 idarə olunan bomba və 100-dən çox müxtəlif növ raketdən istifadə edib.

“Lakin hər şeyə baxmayaraq, ukraynalılar bu çətin qışdan sağ çıxdılar”, - deyə Zelenski vurğulayıb.

Prezident qeyd edib ki, Rusiya qüvvələrinin hücumlarda istifadə etdiyi dronların əksəriyyəti Rusiya-İran “Şahed” dronları olub: “Bunlar İran rejiminin hazırda Yaxın Şərq ölkələrinə qarşı atdığı eyni dronlardır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş