Zelenski: “Müharibə zamanı seçkilər keçirilə bilməz”

Dünya

19.08.2025 - 17:17

Ukrayna lideri atəşkəsdən sonra seçki keçirməyə hazır olduğunu açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada seçkilərin keçirilməsinə hazır olduğunu bildirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Zelenski bu barədə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı deyib.

Ukrayna lideri əlavə edib ki, seçkilərin yalnız atəşkəsdən sonra keçirilməsi mümkündür: "Bəli, əlbəttə ki, biz seçkilərə açığıq. Seçkilər təhlükəsiz şəraitdə keçirilməlidir. Parlamentdə müəyyən işlər görməliyik. Çünki müharibə zamanı seçkilər keçirilə bilməz. Amma biz təhlükəsizliyi təmin edə bilərik", - o deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş