Zelenski: “Mən Moskvaya gedə bilmərəm”

Dünya

06.09.2025 - 16:15

Ukrayna Prezidenti Putinlə görüşmək üçün Moskvaya getməkdən imtina edib

Ukrayna Prezidenti Volodimir Zelenski Moskvaya getməyəcək. AYNA.AZ xəbər verir ki, Ukrayna lideri bu barədə ABC telekanalına müsahibəsində deyib.

“Mən Moskvaya gedə bilmərəm”, – deyən Zelenski istənilən formatda görüşə hazır olduğunu bildirib.

Qeyd edək ki, sentyabrın 5-də Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında Zelenski ilə görüşmək üçün ən yaxşı yerin Moskva olduğunu deyib. Dövlət başçısı əlavə edib ki, Ukrayna lideri və onun nümayəndə heyəti Rusiya Federasiyasının paytaxtına səfər etmək qərarına gəlsələr, onların təhlükəsizliyinə 100 faiz təminat verməyə hazırdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş