Zelenski: “Bu il müharibəni bitirmək üçün hər şeyi edəcəm”

Dünya

09.01.2025 - 21:17

Həkimlər Klinikalar SEO Xidməti

“Müharibəyə son qoymaq Ukrayna və onun tərəfdaşlarının ümumi məqsədidir”

“Ukrayna bu il müharibəni bitirmək üçün əlindən gələni edir. Müharibəyə son qoymaq Ukrayna və onun tərəfdaşlarının ümumi məqsədidir. AYNA Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyada Ramşteyn formatında keçirilən görüşdə çıxışı zamanı deyib.

“Mən bu il müharibənin Ukrayna və bütün Avropa üçün layiqli şəkildə başa çatması üçün mümkün olan hər şeyi edəcəm. Dəstəyinizə arxalana biləcəyimi bilirəm. Hamımız yadda saxlamalıyıq ki, müharibəyə son qoymaq bizim ümumi məqsədimizdir - Rusiyanın deyil, bizim məqsədimizdir, ukraynalılar, avropalılar, amerikalılar və bir çox qlobal tərəfdaşlarımız bunu istəyir”, - deyə Zelenski bildirib.

Prezident həmçinin qeyd edib ki, Yaponiya, Səudiyyə Ərəbistanı və Argentina kimi ölkələr də Ukraynaya sülh arzulayır.

Zelenski hesab edir ki, bütün Rusiyanın enerji sektoruna qarşı sanksiyalar tətbiq edilməlidir, çünki Rusiyanın 2025-ci il üçün hərbi büdcəsi keçən ilki ilə müqayisədə 25% çoxdur.

Müəllif: Ayna.az