Zelenski: "Biz Azərbaycan və Ermənistan üçün yalnız sülh arzulayırıq"

Xəbərlər

04.05.2026 - 17:08

“Əlbəttə ki, davamlı, hərtərəfli və uzunmüddətli sülhü”

“Ermənistanla Azərbaycan arasında sülhün davamlı olacağına ümid edirəm”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski  İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində çıxışı zamanı deyib.

"Əlbəttə ki, bundan başlamalıyam. Bu, çox vacibdir. Biz Ermənistan və Azərbaycan üçün yalnız sülh arzulayırıq - əlbəttə ki, davamlı, hərtərəfli və uzunmüddətli sülhü. Bunu sizə, cənab Baş nazirə, Azərbaycan Prezidenti İlham Əliyevə və hər iki xalqa arzulayırıq", - deyə Zelenski bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş