Zaxarova: "Ukrayna ilə danışıqlar üçün təmaslar var"

Dünya

11.05.2022 - 14:43

Həkimlər Klinikalar SEO Xidməti

"Bəyanatların bir-birini təkzib edən fraqmentlərə çevrilməsinə təəccüblənmək lazım deyil"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya ilə Ukrayna arasında danışıqlar məsələsində təmasların olduğunu bildirib.

AYNA Rusiya mediasına istinadən bildirir ki, Zaxarova həmçinin ABŞ hakimiyyətinin Vaşinqtonun Ukrayna münaqişəsinin həlli üçün “məqbul danışıqlar yolu” görmədiyi barədə bəyanatlarını şərh edib.

“Düşünürəm ki, bir çox bəyanatlar, o cümlədən ABŞ administrasiyasının hazırkı rəhbərliyi tərəfindən verilən bəyanatlar  qarşıdan gələn deyil, artıq davam edən dəyişikliyin təsiri altında verilir. Bəyanatların bir-birini təkzib edən fraqmentlərə çevrilməsinə təəccüblənmək lazım deyil”, - deyə XİN rəsmisi vurğulayıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş